Zi­ya­lı­lar rus di­li­nin təd­ri­si­nə eti­raz edir Sa­bir Rüs­təm­xan­lı: "Rus di­li­nin ikin­ci dil ki­mi or­ta və ali mək­təb­lər­də təd­ris olun­ma­sı yol­ve­ril­məz­dir"
MEDİADA » AÇIQLAMALAR

Zi­ya­lı­lar rus di­li­nin təd­ri­si­nə eti­raz edir Sa­bir Rüs­təm­xan­lı: "Rus di­li­nin ikin­ci dil ki­mi or­ta və ali mək­təb­lər­də təd­ris olun­ma­sı yol­ve­ril­məz­dir"

"Azər­bay­can­da rus di­li­nin öy­rə­nil­mə­si­nə, öl­kə­mi­zin təh­sil mə­ka­nın­da rus di­lin­də tə­li­min qo­ru­nub sax­lan­ma­sı­na çox bö­yük əhə­miy­yət ve­ri­lir". Bu söz­lə­ri Ba­kı­da Ru­si­ya İn­for­ma­si­ya-Mə­də­niy­yət Mər­kə­zi­nin ye­ni bi­na­sı­nın açı­lış mə­ra­si­min­də Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti Ad­mi­nistra­si­ya­sı­nın rəh­bə­ri Ra­miz Meh­di­yev de­yib. Bu gün Azər­bay­can­da rus di­li­nin həm də dün­ya mə­də­niy­yə­ti­nə pən­cə­rə ki­mi öz əhə­miy­yə­ti­ni sax­la­maq­da da­vam et­di­yi­ni vur­ğu­la­yan Ra­miz Meh­di­yev bil­di­rib ki, Ba­kı Slav­yan Uni­ver­si­te­ti və M.V.Lo­mo­no­sov adı­na Moskva Döv­lət Uni­ver­si­te­ti­nin Ba­kı fi­li­alı bu gün rus di­lin­də təh­sil sa­hə­sin­də ta­nın­mış li­der­lər­dir. Bü­töv­lük­də bi­zim bü­tün uni­ver­si­tet­lə­rin Ru­si­ya ali mək­təb­lə­ri ilə əmək­daş­lı­ğı il­bə­il ge­niş­lə­nir və bu, heç şüb­hə­siz, öl­kə­lə­ri­mi­zin hu­ma­ni­tar əmək­daş­lı­ğı­nın ge­niş­lən­mə­si­nə san­bal­lı töh­fə­dir".
R.Meh­di­ye­vin rus di­li­ni təb­liğ et­mə­si, bu di­lin üs­tün­lük­lə­rin­dən da­nış­ma­sı sa­də­cə mə­də­ni əla­qə­lə­rin güc­lən­di­ril­mə­si mə­sə­lə­si de­yil. Dil həm də si­ya­si fak­tor ki­mi əhə­miy­yət­li­dir. Azər­bay­can ha­ki­miy­yə­tin­də Ru­si­ya­pə­rəst qüv­və­lə­rin ol­ma­sı hər kə­sə mə­lum­dur. Mə­sə­lən "Wi­ki­li­kes" say­tı­nın açıq­la­dı­ğı məx­fi sə­nəd­lə­rin bi­rin­də qeyd olu­nur­du ki, Azər­bay­ca­nın ha­ki­miy­yə­tin ən yu­xa­rı pi­ra­mi­da­sı­na ya­xın şəxslə­rin ailə­lə­rin­də be­lə da­ha çox rus di­lin­də da­nı­şı­lır. Hə­min ailə­lə­rin bə­zi üzvlə­ri doğ­ma di­li çox çə­tin­lik­lə tə­ləf­füz edir­lər. Bu­nun özü rus di­li­nə və Ru­si­ya­ya qar­şı iq­ti­da­rın han­sı mü­na­si­bət­də olu­du­ğu­nu gös­tə­rir.
Ekspertlər he­sab edir ki, ümu­miy­yət­lə son vaxtlar təh­sil sek­to­run­da rus di­li­nə üs­tün­lü­yün ve­ril­mə­si ha­ki­miy­yət­də­ki Ru­si­ya­pə­rəst qüv­və­lə­rin ma­ra­ğı­na uy­ğun­dur.
2005-ci il­də­ki mə­lum həbslər­dən son­ra Azər­bay­can ha­ki­miy­yə­tin­də ru­si­ya­pə­rəst qüv­və­lər da­ha da fə­al­laş­ma­ğa baş­la­yıb­lar. Bu qüv­və­lər Tür­ki­yə-Azər­bay­can mü­na­si­bət­lə­ri­ni ba­car­dıq­la­rı qə­dər kor­la­ma­ğa mü­vəf­fəq olub­lar, Azər­bay­can-Av­ro­pa, Azər­bay­can-ABŞ mü­na­si­bət­lə­ri­nə xey­li xə­ləl gə­ti­rib­lər. Bu qüv­və­lə­rin 2011-ci il üçün əsas si­ya­sə­ti öl­kə­də rus di­li­nin təb­li­ği­lə bağ­lı ola­caq. On­lar he­sab edir­lər ki, bu dil azər­bay­can­lı­la­rın mil­li mə­na­fe­yi­nə ən azı ona gö­rə da­xil edil­mə­li­dir ki, bu gün bi­zim ki­ril əlif­ba­sı ilə çap olun­muş ədə­biy­ya­tı­mı­za çı­xış üçün açar rus di­lin­də­dir. Gu­ya ye­ni nə­sil ki­ril əlif­ba­sı­nı bil­mək üçün müt­ləq rus di­li­ni bil­mə­li­dir­lər.
Yu­xa­rı­da da qeyd et­di­yi­miz ki­mi, əs­lin­də xa­ri­ci di­lin təd­ri­si si­ya­si ha­di­sə­dir. 40-cı il­lər­də bü­tün dün­ya al­man di­li­ni öy­rə­nir­di. Fa­şizm dün­ya­nı təh­did et­di­yi­nə gö­rə bü­tün öl­kə­lər düş­mən di­li­ni öy­rən­mə­yə qə­rar ver­miş­di­lər. Di­gər öl­kə­lər də var­dı ki, on­la­rı bir dil­də da­nış­ma­ğa ide­olo­gi­ya məc­bur edir­di. SSRİ da­ğı­la­na qə­dər biz­də ana di­li qə­dər də rus di­li təd­ris olu­nur­du. Hət­ta elə dövrlər var­dı ki, rus di­li öz di­li­mi­zi üs­tə­lə­miş­di. İn­di isə Azər­bay­can­da rus dil­li mək­təb­lə­rin qal­ma­sı keç­miş so­vet­lər bir­li­yi­nin "qa­lıq­la­rı" he­sab edi­lir. Əlif­ba­mı­zın də­yiş­mə­si, di­li­mi­zin döv­lət di­li elan edil­mə­si və hə­mi­şə Azər­bay­can di­li ilə pa­ra­lel in­ki­şaf edən rus di­li­nin iş­lək­lik­dən çıx­ma­sı müx­tə­lif ten­den­si­ya­la­ra sə­bəb ol­du. Di­gər tə­rəf­dən rus dil­li əha­li­nin azal­ma­sı or­ta mək­təb­lər­də rus di­li­nin təd­ri­si­ni kəs­kin şə­kil­də aşa­ğı sal­dı.
Cə­miy­yət­də rus di­li­nə mü­na­si­bət bir­mə­na­lı de­yil. Qeyd olu­nur ki, mə­də­niy­yət­də, elmdə rus di­li Azər­bay­ca­na na­iliy­yət­lər gə­tir­sə də, si­ya­sət­də o qə­dər də uğur­lu alın­ma­dı. Ötən əs­rin 80-ci il­lə­ri­nə qə­dər Azər­bay­ca­nın dün­ya­ya çı­xı­şı, Qərb mə­də­niy­yə­ti­ni mə­nim­sə­mə­si Ru­si­ya va­si­tə­si­lə olur­du. Bu mə­na­da rus di­li va­si­tə­çi, kör­pü ro­lu­nu oy­na­yır­dı. Bu gün isə ar­tıq rus di­li­nə eh­ti­ya­cı­mız yox­dur. Qər­bə in­teq­ra­si­ya üçün gə­rə­kən in­gi­lis di­li ki­fa­yət qə­dər po­pul­yar­la­şıb. Ba­kı şə­hə­rin­də, ra­yon­lar­da ad­dım­ba­şı in­gi­lis, fran­sız, is­pan, hət­ta ərəb dil­lə­ri kursla­rı fə­aliy­yət gös­tər­sə də, rus di­li kursla­rı bar­maq­la sa­yı­la­caq qə­dər az­dır.
Və­tən­daş Həm­rəy­li­yi Par­ti­ya­sı­nın səd­ri, mil­lət və­ki­li Sa­bir Rüs­təm­xan­lı­nın söz­lə­ri­nə gö­rə, Azər­bay­can­da rus di­li­nin ikin­ci dil ki­mi or­ta və ali mək­təb­lər­də təd­ris olun­ma­sı yol­ve­ril­məz­dir: "Heç bir müs­tə­qil döv­lət­də ali mək­təb­lə­rin xa­ri­ci dil böl­mə­lə­ri yox­dur. Biz­də ali mək­təb­lər rus dil­li­lər üçün böl­mə­lər açıb­lar. Hə­min böl­mə­lər bağ­lan­ma­lı­dır. Azər­bay­can­da ya­şa­yan in­san­lar döv­lət di­lin­də təh­sil al­ma­lı­dır­lar. Ana di­li­ni bil­mə­yən şəxs insti­tu­tu bi­ti­rən­dən son­ra ne­cə işə dü­zə­lə­cək? Mən heç bir di­lin əhə­miy­yə­ti­ni azaltmaq is­tə­mi­rəm. İlk növ­bə­də Azər­bay­can di­li in­ki­şaf et­di­ril­mə­li, mey­da­nı ge­niş­lən­di­ril­mə­li­dir. Mən xa­ri­ci öl­kə­lər­də ke­çi­ri­lən fo­rum­lar­da iş­ti­rak edi­rəm. Azər­bay­can di­lin­də da­nış­hı­ram. Çı­xı­şım nor­mal şə­kil­də tər­cü­mə olu­nur. Azər­bay­can­da əsas dil an­na di­li, on­dan son­ra in­gi­lis di­li təd­ris olun­ma­lı­dır. Üçün­cü dil ola­raq ərəb di­li təd­ris olun­ma­lı­dır. Rus di­li dör­dün­cü sı­ra­da gəl­mə­li­dir. Çün­ki ərəb di­li­nin əha­tə da­irə­si da­ha ge­niş­dir. İs­lam Konfran­sı Təş­ki­la­tı­na 51 üzv öl­kə var. Bu mə­na­da ərəb di­li­nin or­ta mək­təb­lər­də təd­ris olun­ma­sı­nı tək­lif edi­rəm".
Ta­nın­mış pub­li­sist Meh­ri­ban Və­zir də he­sab edir ki, Azər­bay­can­da ilk növ­bə­də döv­lət di­li­nin in­ki­şa­fı­na xü­su­si önəm ve­ril­mə­li­dir: "Kim xa­ri­ci di­li bil­mək is­tə­yir­sə, öz tə­şəb­bü­sü ilə öy­rən­sin. Mək­təb­lər­də rus di­li­nə ge­niş yer ay­rıl­ma­sı doğ­ru de­yil. İlk növ­bə­də ana di­li dur­ma­lı­dır. Tə­əs­süf­lər ol­sun ki, so­vet stre­otip­lə­rin­dən çı­xa bil­mə­yən bə­zi mə­mur­lar hə­lə də rus di­li­nin tə­si­ri ilə ya­şa­yır­lar, b udi­li ikin­ci an­na di­li he­sab edir­lər. Bey­nəl­xalq are­na­ya çıx­maq üçün rus di­li­ni öy­rən­mə­yə heç bir eh­ti­yac yox­dur. İn­gi­lis, fran­sız dil­lə­ri­ni öy­rən­mək da­ha məq­sə­də­uy­ğun­dur".

“Ölkə” qəzeti

28-1-2011