“Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (5 avqust 2004-cü il)
HAQQIMIZDA » QANUNVERİCİLİK

“Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (5 avqust 2004-cü il)

"Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 2 yanvar tarixli 835 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 71 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Azərbaycan dilinin orfoqrafiya qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan SSR Nazirlər Sovetinin "Azərbaycan dilinin orfoqrafiya qaydaları"nın təsdiq edilməsi və Azərbaycan əlifbasında bəzi dəyişikliklər edilməsi haqqında" 1958-ci il 24 iyul tarixli 497 nömrəli və "Azərbaycan dilinin orfoqrafiya qaydaları"nın 8-ci maddəsinin dəqiqləşdirilməsi haqqında" 1959-cu il 6 aprel tarixli 268 nömrəli qərarları qüvvədən düşmüş hesab edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
A. Rasizadə Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 5 avqust 2004-cü il

5-8-2004