Sovet idarələrində kargüzarlığın rus və türk dillərində aparılmasını tətbiq etmək haqqında Azərbaycan İnqilab Komitəsinin Əmri (8 fevral 1921-ci il)
HAQQIMIZDA » QANUNVERİCİLİK

Sovet idarələrində kargüzarlığın rus və türk dillərində aparılmasını tətbiq etmək haqqında Azərbaycan İnqilab Komitəsinin Əmri (8 fevral 1921-ci il)

Azərbaycanda Sovet hakimiyyətinin bərpası ilə əlaqədar həm mərkəzdə, həm də yerlərdə bütün idarə və müəssisələrdə kargüzarlığın rus dilində aparılması respublikada inzibati-təsərrüfat quruculuğunun təşkili sahəsində Sovet hakimiyyətinin bütün tədbirlərinin həyata keçirilməsi işinə əngəl törətdiyinə və əsasən yalnız türk dilini bilən və anlayan geniş zəhmətkeş təbəqələrinin bu idarələrin işində bilavasitə və fəal iştiraka tam cəlb olunmasına imkan vermədiyinə və bununla da onları əslində bu işdən kənarlaşdırdığına görə həmin əmrlə bütün idarə və müəssisələrə təklif olunur ki, bu əmrin dərc olunduğu gündən etibarən üç ay ərzində həm mərkəzi idarələrdə, həm də yerlərdə onların tabeçiliklərində olan idarə və müəssisələrdə bütün kargüzarlığın paralel olaraq türk dilində aparılmasını tətbiq etsinlər. Bu əmrin icrası şəxsi məsuliyyət daşımaqla məsul idarə başçılarına həvalə olunsun. Fəhlə-Kəndli Müfəttişliyinə təklif olunur ki, bu əmrin icrasına nəzarət etsin
Azərbaycan İnqilab Komitəsinin sədri N. Nərimanov
Fəhlə-Kəndli Müfəttişliyi xalq komissarı D. Bünyadzadə
Mənbə: H. Hapимaнов. Избpaнные пpoизвeдeния, т. 2, Бaкy, 1989, c. 431; Azərbaycan Milli Ensiklopediyası, Bakı-2007, s.300 )

8-2-1921