AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Fəxrəddin Veysəlliyə
FƏALİYYƏT » MÜRACİƏTLƏR

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Fəxrəddin Veysəlliyə

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Fəxrəddin Veysəlliyə

Hörmətli Fəxrəddin müəllim!
Azərbaycan dilində əcnəbi adların yazılışı ilə bağlı fikir ayrılığı var. Məsələyə dilçi alimlərin münasibət bildirməməsi və vahid normanın tətbiq olunmaması bu narahatlığı daha da artırır.
Müxtəlif ölkələrdə bu problemə fərqli yanaşma mövcuddur. Məsələn, Türkiyədə dilçilər əcnəbi adların orijinalda olduğu kimi saxlanılması, Rusiyada isə rusca deyildiyi kimi yazılması təcrübəsindən istifadə edirlər.
Azərbaycan Dil Qurumu olaraq hesab edirik ki, ədəbi dil ənənəmiz gözlənilməli və əcnəbi adlar canlı danışıqda deyildiyi kimi yazılmalıdır. Çünki orijinalı saxlamaq növbəti problemlərə yol açır:
1. Məsələn, "The Washington Post" qəzetinin adını olduğu kimi saxladıqda dilimizə əlavə hərflər daxil etmiş oluruq.
2. Bu prinsipi bütün əcnəbi adlara tətbiq etmək mümkün deyil. Belə ki, onda ingilis dili kimi, digər (ərəb, hind, çin və s.) beynəlxalq dillərdən alınan adların da orijinalda yazılması iddiası haqlı olaraq ortaya çıxa bilər və tam bir xaos yaranar.
Bu məsələ ilə əlaqədar AMEA Dilçilik İnstitutunun rəyini bildirmənizi xahiş edirəm.


Xoş arzularla,
Sabir RÜSTƏMXANLI
Azərbaycan Dil Qurumu İB-in sədri,
Xalq şairi, millət vəkili

28 iyun 2012

28-6-2012