İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru cənab İsmayıl Ömərova
FƏALİYYƏT » MÜRACİƏTLƏR

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru cənab İsmayıl Ömərova

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru cənab İsmayıl Ömərova

Hörmətli İsmayıl müəllim!
Apardığımız son araşdırmanın nəticələri Azərbaycanda dövlət dilimizə laqeydliklə bağlı hamını narahat etməli olan bir sıra fakt ortaya çıxardı. Məlum oldu ki, Bakıdakı reklam çarxları və lövhələrinin 92 faizində ədəbi dil kobud surətdə pozulur, yazılı və elektron KİV-də isə dil normalarına əməl olunmaması halları hələ də qalmaqdadır.
Təsadüfü deyil ki, Azərbaycan Respublikasının Prezidenti bir neçə dəfə bu barədə narahatlığını ifadə etmiş, 2012-ci il mayın 23-də isə dövlət dilinin qorunması ilə bağlı çox əlamətdar bir sərəncam imzalamışdır. Ancaq etiraf edək ki, bu sahədə inzibati metodlardan istifadənin mümkünsüzlüyü yenə də əsas məsuliyyəti ziyalıların, ilk növbədə isə böyük media qurumlarının üzərinə qoyur.
Bu baxımdan İctimai Televiziyanın fəaliyyəti razılıqla qarşılanır, ədəbi dil normaları ilə bağlı problemi ilk olaraq ictimaiyyətin müzakirəsinə çıxaran, bunu gündəmdə saxlayan da Sizin televiziyadır; buna görə də Azərbaycan Dil Qurumu məhz İctimai TV ilə əməkdaşlığa üstünlük verir.
Hörmətli İsmayıl müəllim!
Aktual müzakirələri ilə geniş tamaşaçı auditoriyası qazanmış «Ortaq məxrəc» verilişinin növbəti buraxılışının «Azərbaycan Dil Qurumu» ilə birlikdə bu məsələyə həsr edilməsinə şərait yaratmağınızı və dillə bağlı narahatlıqları daim diqqətdə saxlamağınızı Sizdən xahiş edirəm.
Xoş arzularla,
Sabir RÜSTƏMXANLI
Azərbaycan Dil Qurumunun sədri,
Xalq şairi, millət vəkili

18 iyun 2012

18-6-2012