HAQQIMIZDA » QANUNVERİCİLİK
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 27 iyun 1918-ci il tarixli qərarı Hökumət 27 iyun 1918-də qərar verdi: Dövləti lisan türk dili qəbul edilərək, içəridə bütün məhkəmə, idareyi-daxiliyyə və sair dəvair vəzifələri başında duranlar bu lisanı...
1. Bütün birinci dərəcə ibtidai təhsil müəssisələrində təhsil, dövlət dili olan türk dilini artırılmış həcmdə məcburi qaydada tədris etməklə, şagirdlərin ana dilində aparılsın.
1. Birinci və ikinci dərəcə məktəblərdə təlim lisanı şagirdlərin ana dilində olmalıdır.
2. 2-ci dərəcə məktəblərdə birinci təlim sənəsindən (altıncı təlim sənəsi) hər qruppada həftədə 4 saat olaraq türk, həmçinin rus lisanlarının təlimi məcburi olur.
Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan SSR dövlət orqanlarında və ictimai orqanlarda, mədəniyyət, maarif müəssisələrində və başqa idarələrdə Azərbaycan dilinin işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qayğısı göstərir.
1. Azərbaycan SSR Konstitusiyasına Azərbaycan SSR dövlət dili barəsində maddə əlavə edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin aşağıdakı məzmunda təklifi qəbul edilsin: "Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir. 
MADDƏ 1. Azərbaycan SSR Konstitusiyasına (Əsas Qanununa) Azərbaycan SSR Dövlət dili barəsində maddə əlavə edilsin və həmin maddə 151-ci maddə ilə aşağıdakı məzmunda yazılsın: "Maddə 151. Azərbaycan SSR-in Dövlət dili Azərbaycan dilidir. 
Maddə 21. Dövlət dili I Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin... 
Azərbaycan Respublikası türk dilinin dövlət dili kimi işlədilməsini öz suverenliyi üçün əsas şərtlərdən biri sayaraq onun tətbiqi, qorunması və inkişafı qayğısına qalır, öz sərhədlərindən kənarda yaşayan azərbaycanlıların ana dilində təhsil almalarına və milli-mədəni tələbatlarını ödəmələrinə himayəçilik edir.
"Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası qərara alır: 1. 32 hərfdən İbarət latın qrafikalı Azərbaycan əlifbası kiçik dəyişikliklərlə aşağıdakı kimi sıralansın: Aa, Bb, Cc, Çç, Dd, Ee, Əə, Ff, Gg, Ğğ, Hh, Xx, Iı, İi, Jj, Kk, Qq, Ll, Mm, Nn, Oo, Öö, Pp, Rr, Ss, Şş, Tt, Uu, Üü, Vv, Yy, Zz