Aydın bəydən məktub
FƏALİYYƏT » BİZƏ YAZIRLAR

Aydın bəydən məktub

Salam. “Azərbaycanca” adlı bir dil yoxdur. Bizim dilimiz türkcədir. Azərbaycan dili tam yanlışdır, Stalinin qurduğu bir tuzaqdır. Bizlər yalnız Azərbaycanda yaşayan türklərik. Lütfən “Azərbaycan Dil Qurumu”nu “Türk Dil Qurumu” ilə dəyişin. Təşəkkürlər.


ADQ-dən cavab 
1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi elan edildi və dilimizin türk dili olduğu qanunlaşdırıldı. Sovet dönəmində isə dilimizin adı dəyişdirildi və “Azərbaycan dili” adlandırıldı. 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpasından sonra növbəti dəfə dilimizin adı özünə qaytarıldı. Amma 1995-ci ildə, Azərbaycan Respublikasının Konstitusiyası (Ana Yasası) hazırlanarkən, bu məsələ ictimai müzakirəyə çıxarıldı və təəssüf ki, dilimizin “Azərbaycan dili” kimi təsbit olunması qərara alındı. Hazırda Azərbaycan Respublikasının rəsmi dövlət dilinin adı kimi “Azərbaycan dili” istilahından istifadə olunur. Qanunlarımıza hörmət əlaməti olaraq, biz də bu adlandırmanı saxlamağa məcburuq.