Hüseyn Mirzəyevdən məktub
FƏALİYYƏT » BİZƏ YAZIRLAR

Hüseyn Mirzəyevdən məktub

Hüseyn Mirzəyevdən məktub
Salam, hörmətli sayt əməkdaşları. Bu saytla tanış olduqdan sonra belə hesab etdim ki, Azərbaycan dilinin qorunması, bu dildə olan boşluqların aradan qaldırılması və ehtiyacların ödənilməsi məqsədilə yaranan bir qurum artıq ərsəyə gəlib. Hesab edirəm, belə bir qurum çoxdan yaranmalı idi. Mən - Hüseyn Mirzəyev - vaxtilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində müəllim, metod şura sədri kimi çalışmışam. İxtisasca Azərbaycan dili və ədəbiyyatı müəllimiyəm. Hazırda Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar liseyində İcraçı direktorun təhsil məsələləri üzrə müavini vəzifəsində çalışıram. Eyni zamanda, həmin liseydə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edirəm. Qarşınıza qoyduğunuz missiyanı dəstəkləyirəm və bu istiqamətdə gələcəkdə Sizə yardımçı ola biləcəyimlə qürur duyuram. Öncədən təşəkkür edirəm!


ADQ-dən cavab 
Salam, hörmətli Hüseyn Mirzəyev. Diqqətinizə görə təşəkkür edirik. Təkliflərinizi və yazı qaydaları, normalarla bağlı təklif və iradlarınızı, Orfoqrafiya və İzahlı lüğətin təkmilləşməsində, lüğət bazamızın genişləndirilməsində yardımınızı gözləyirik.