KİTABXANA » KİTAB KÖŞKÜ
Dahi türk dilçisi və ensiklopedisti Mahmud Kaşğarinin "Divanü lüğət-it-türk" əsəri dünya dilçilik elminin ən qədim və ən möhtəşəm nümunələrindən biridir.
 
Kitabda bəşəriyyətin ən böyük sərkərdələrindən və dövlət xadimlərindən biri, monqol imperiyasının banisi Çingiz xanın həyatı və fəaliyyəti qələmə alınmışdır.
 
 
 
Kitabda bu il anadan olmasının 200 illiyi tamam olan klassik türkmən şairi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Molla Nəfəsin əsərlərindən nümunələr toplanmışdır.
 
 
 
Kitabda böyük dilçi alim, eyni zanamda incə ruhlu şair, ümumtürk və Kırım-tatar ədəbiyyatının görkəmli nümayəndəsi Bəkir Çobanzadənin (1893-1937) şeirləri toplanmışdır.
 
 
 
Böyük türk hökmdarı və dövlət xadimi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Qazi Zəhirəddin Məhəmməd Baburun (1482-1530) «Baburnamə» əsəri türk və islam ədəbiyyatında memuar janrında yazılmış ilk əsərdir.
 
 
Kitabda zəngin türkmən ədəbiyyatının Əndəlib, Şahbəndə, Məxdimqulu, Məğrubi, Molla Nəfəs, Dostməhəmməd, Möhtaci, Miskin Qılınc kimi tanınmış nümayəndələrinin yaradıcılığından seçilmiş müəmma, deyişmə və vücudnamələr toplanmışdır.
 
Kitabda zəngin türkmən ədəbiyyatının Əndəlib, Azadi, Şahbəndə, Məxdimqulu, Şeydayi, Məğrubi, Qayıbi, Talibi, Qurdoğlu, Kəminə, Seyidnəzər Seydi, Zəlili, Seydulla Seydi, Zinhari, Molla Nəfəs, Aşiqi, Katibi, Dostməhəmməd, Möhtaci, Miskin Qılınc, Baqızıl kimi tanınmış nümayəndələrinin seçilmiş əsərləri toplanmışdır.
 
Kitabda tanınmış qaqauz şairi Todur Zanetin şeirlərindən nümunələr toplanmışdır. Kitab 31 mart - 4 aprel 2009-cu ildə İstanbulda TÜRKSOY tərəfindən təşkil olu-nan «Türk Ləhcələri Arasında Uyğunlaşdırma Çalışmalarının Bugünkü Durumu və Qarşılaşılan Problemlər» mövzusunda Beynəlxalq simpoziumun tövsiyələrinə və yekun bəyannaməsinə uyğun olaraq nəşr edilir.
 
Kitabda böyük türk hökmdarı və dövlət xadimi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Sultan Hüseyn Bayqaranıın divanına daxil olan qəzəl, təxmis, müxəmməs, rübai və qitələri toplanmış, “Risalə” adlı əsəri verilmişdır.
 
 
  • <<
  • 1
  • >>